• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Jurnalistlər gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər

Təhsil Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 19 nömrəli tam orta məktəbə birgə mediatur təşkil edib.

Tədbirdə Təhsil Nazirliyinin, SHXÇDX-nin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərini ümumi təhsil məktəblərində şagirdlərin çağırışaqədərki hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan şəraitlə tanış etmək və kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirməkdir.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə təlim avadanlıqları ilə təchiz edilmiş kabinetdə olub və gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər.

Jurnalistlər şagirdlərin silahları söküb-yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və simulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

KİV nümayəndələrinə məlumat verilib ki, 10-11-ci siniflərdə tədris edilən Gənclərin çağırışaqədərki hazırlığı fənni şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Müvafiq dövlət standartları əsasında hazırlanmış proqramlara və dərsliklərə uyğun tədris edilən bu fənn eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət edir.

Məktəblərdə yaradılan fənn üzrə kabinetlər müxtəlif vaxtlarda Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təhsil proqramlarına uyğun hazırlanan plakatlar və digər əyani tədris vəsaitləri ilə təmin edilib. Ötən il ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetlərin müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

 


8 il əvvəl