• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər üçün müsabiqə

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsi keçirilir.

2015-ci ilin oktyabr ayından etibarən ölkənin müxtəlif regionlarında təhsil alan məktəblilər bitkiçilik və heyvandarlıq sahəsində ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, mədəni bitki sortları və heyvan cinsləri haqqında geniş məlumat toplayaraq, təcrübəçilik işlərini davam etdirirlər. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilən müsabiqədə ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri yerli bitki sortlarının və heyvan cinslərinin təyin olunmasında, təcrübə sahələri üçün bitki toxumlarının və şitillər ayrılmasında məktəblilərə yaxından köməklik göstərirlər. Mütəxəssis-aqronomlar şagirdlərin təcrübə işlərinə rəy verir, onlara ekoloji təmiz məhsulların alınması üsullarını öyrədirlər.

Müsabiqədə iştirak etmək üçün meyvəçilik, tərəvəzçilik, subtropik bitkilər, gülçülük, dənli bitkilər, meşə məhsulları, arıçılıq, heyvandarlıq nominasiyaları üzrə 450 iştirakçı qrup, fərdi olaraq qeydiyyatdan keçib. Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər.

2016-cı ilin may ayında Abşeron, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Şamaxı, Quba regionlarında müsabiqənin zona mərhələləri keçiriləcək. Məktəblilər zona mərhələsində gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış edəcəklər. Mövsümə uyğun olaraq, yetişdirilən ənənəvi bitki sortları və heyvan cinslərindən ibarət ən yaxşı nümunələr oktyabr ayında keçiriləcək “Ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsulları”nın yekun sərgisində nümayiş olunacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.


7 il əvvəl