• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Lester Universitetində təcrübə proqramı

Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan bir qrup İngilis dili müəllimi "İngilis dili üzrə resurs mərkəzləri" layihəsi çərçivəsində Böyük Britaniyanın Lester Universitetində təcrübə proqramında iştirak edib.

Təhsil Nazirliyi və “British Council“un birgə əməkdaşlığı çərçivəsində icra olunan təcrübə proqramının əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsi və müasir tədris resurslarından istifadə qaydaları əsasında ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdan ibarətdir.

Nümayəndə heyətinin tərkibində Təhsil Nazirliyinin əməkdaşları Elvin Nəsibov və İlaha Rasulova, “British Council“un ingilis dili proqramlarının rəhbəri Gülşən Hüseynova, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası, Ankara liseyi, Elitar gimnaziya, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Z.Əliyeva adına lisey və 212, 207, 23, 7, 160, 158, 53 nömrəli tam orta məktəblərin İngilis dili müəllimləri təmsil olunub.

Təlimlər universitetin əməkdaşları, təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesi dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər istiqamətləri əhatə edib. Təlimin sonunda hər bir iştirakçının bacarığı fərdi şəkildə qiymətləndirilib, müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim edilib və müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar təqdim olunub. Eyni zamanda, müəllimlər Lester şəhərinin bir sıra məktəblərində ingilis dili dərslərini müşahidə edib və təlimçilərlə birlikdə geniş müzakirələr aparılıblar.

Səfər çərçivəsində təlim iştirakçıları ingilis ailələrin evlərində qalıb və ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanları əldə ediblər. Müəllimlər bir həftə müddətində ingilis ailələlərində yaşamaqla onların adət-ənənəsi və mədəniyyəti ilə yaxından tanış olub, həmçinin onlara Azərbaycan mədəniyyəti və milli dəyərləri barədə geniş məlumatlar veriblər.


7 il əvvəl