Cüdo üzrə açıq birincilik
Təhsil Nazirliyinin dəstəyi ilə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin 2002-ci, 2003-cü, 2004-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə açıq birincilik keçirilib. Yarışda 10 kulubdan 150-dən çox cüdoçu öz gücünü sınayıb.
Birinciliyin keçirilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, yeniyetmələrin asudə vaxtının səmərəli təşkilinə dəstək vermək, uşaqları sağlam həyat tərzinə cəlb etmək, yerli və beynəlxalq yarışlara idmançılar hazırlamaq və onların yarış təcrübəsini artırmaqdan ibarətdir.
Yarışı giriş sözü ilə açan 2 saylı RİOEUGİM-in direktoru Zabil Orucov iştirakçılara uğurlar arzulayıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qalib gələn idmançılar müvafiq diplom, kubok, medal və xatirə hədiyyələri ilə təltif olunub.
8 il əvvəl
Digər xəbərlər
-
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00