Məktəblilərin Bakı şəhəri üzrə mini futbol çempionatı
Aprelin 4-də Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatına start verilib.
Bakı şəhərindəki 305 məktəbdən 3660 şagirdin qatıldığı yarışlara paytaxtın 15 ümumi təhsil və 2 idman məktəbi ev sahibliyi edir.
Yarışların birinci mərhələsi “Olimpiya” sistemi üzrə keçirilir. Bu mərhələdə hər məktəbin yığma komandası rayondaxili mərhələdə iştirak edir.
Oyunları AFFA tərəfindən təyin olunmuş hakimlər heyəti idarə edir.
Birinci mərhələ üzrə oyunlar aprel ayının 10-dək davam edəcək.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30