Badminton idman növü üzrə yarışlar başa çatıb, şahmat idman növü üzrə yarışlara start verilib
Martın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatının proqramına daxil olan badminton idman növü üzrə yarışlara yekun vurulub.
Yarışlar Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilib.
Yarışın nəticələrinə əsasən, kişilərdən ibarət komandalar üzrə 1-ci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2-ci yeri Azərbaycan Texniki Universiteti, 3-cü yeri isə Bakı Dövlət Universitetinin komandası tutub. Qadınlardan ibarət komandalar üzrə Bakı Dövlət Universiteti 1-ci, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2-ci, Bakı Slavyan Universiteti 3-cü yerə layiq görülüblər.
Bununla yanaşı, martın 10-da Şahmat klubunda şahmat idman növü üzrə yarışlar start götürüb. Yarışlarda 14 ali təhsil müəssisəsinin komandası iştirak edir.
Qeyd edək ki, ali təhsil müəssisələri arasında respublika çempionatı mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləri üzrə keçirilir.
Çempionatın əsas məqsədi ali təhsili müəssisələri tələbələrinin kütləvi bədən tərbiyəsi, sağlamlıq və idman bölmələrində məşqlərə cəlb edilməsi, universitetlər arasında dostluq əlaqələrinin genişləndirilməsi, Bakı şəhərində keçiriləcək Dünya Şahmat Olimpiadasının və İslam Həmrəyliyi Oyunlarının tələbələr arasında təbliğ edilməsidir.
8 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22