• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Növbəti “Novruz mühazirəsi”

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) növbəti “Novruz mühazirəsi” keçirilib.

Tədbirdə AMEA-nın alimləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib.

Görüşdə AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanovun “Novruz fəlsəfəsi” və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyevin “Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzularında mühazirələri dinlənilib.

Akademik Muxtar İmanov mühazirəsində Novruz bayramının tarixi köklərindən, fəlsəfəsindən, qədim adətlərindən danışıb, Novruz çərşənbələri haqqında geniş məlumat verib. Novruzun “yeni gün”, “təzə ilin başlanğıcı” mənasını verdiyini deyən akademik bildirib ki, dünyanın bir çox ölkələrində hər il qeyd olunan bayram özündə bədii-estetik, mifik, mənəvi-əxlaqi və dünyəvi duyğuları təcəssüm etdirir. Qeyd olunub ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” kimi elan olunub.

Daha sonra akademik Telman Əliyev “Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzusunda mühazirə səsləndirib. Mühazirədə  informasiya və hesablama texnikasının ilk element və qurğularının işlənib hazırlanması, Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı, qazanılan nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək ixtisaslı kadrlara olan tələbat nəzərə alınaraq, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu yaradılıb.

Akademik yeni informasiya texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycanda neftqazçıxarma, neft emalı, nəqliyyat, energetika, həmçinin tikinti sahələrini əhatə edən sistemlərin tədqiqi, yeni texnologiyalar əsasında hazırlanmış seysmoloji cihazların ölkəmizdə tətbiqi haqqında danışıb.

Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

“Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.


8 il əvvəl