• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıda YUNESKO- nun regional konfransi keçiriləcək

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 14-16 may tarixlərində Bakıda “Dünyada savadlılığın dəstəklənməsi” üzrə YUNESKO-nun regional konfransı keçiriləcək.      
Regional konfrans qlobal savadlılığın dəstəklənməsi məqsədilə dünyanın ayrı-ayrı regionlarında keçirilməsi nəzərdə tutulan altı silsilə konfransdan beşincidir. Bu konfranslar BMT- nin savadlılıq onilliyi və YUNESKO-nun savadlılığın dəstəklənməsi təşəbbüsü çərçivəsində təşkil olunur.  
Regional konfransların keçirilməsi ideyası ABŞ-ın birinci xanımı, BMT-nin savadlılıq onilliyi proqramının fəxri səfiri Laura Buşun himayəsi ilə 2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən Qlobal Savadlılıq üzrə Ağ Ev konfransında meydana gəlib. Təşəbbüsün əsas məqsədi təhsilə investisiyaların artırılması və daha artıq dəstək yolu ilə qlobal, ölkə miqyasında savadlılıq səviyyəsinin yüksəldilməsidir.
Məlumat üçün qeyd edək ki, nəzərdə tutulan silsilə konfranslar aşağıdakı regionları əhatə edir: Ərəb ölkələri, Afrika, Asiya və Sakit okean hövzəsi, Avropa, Latın Amerikası və Karib hövzəsi. Hər bir konfransda müvafiq regionun savadlılıqla bağlı spesifik problemləri müzakirə obyekti olur.
Ərəb ölkələrini əhatə edən I regional konfrans 2007-ci ilin martında Qətərin paytaxtı Dohada bu ölkənin birinci xanımı Şayxa Mozhar bin Nasser Əl-Missnedin himayəsi altında keçirilib. Şərqi və Cənub- Şərqi Asiya bölgəsini əhatə edən II konfrans 2007-ci ilin avqustunda Çin Xalq Respublikasının paytaxtı Pekində, Afrika bölgəsini əhatə edən III konfrans 2007- ci ilin sentyabrında Malidə, Cənub və Cənub Qərbi Asiya bölgəsini əhatə edən IV konfrans isə həmin ilin noyabrında Hindistanın paytaxtı Dehli şəhərində keçirilib.
Onu da qeyd edək ki, Avropa regionu üzrə Bakıda keçiriləcək V regional konfrans bölgənin 30 ölkəsini əhatə edəcək.
Beynəlxalq tədbirdə Avropa regionu, o cümlədən də Azərbaycan üçün bu günədək dərindən araşdırılmayan savadlılıqla bağlı müxtəlif aspektlər müzakirə ediləcək. Konfrans, eyni zamanda Azərbaycanın təhsil işçilərinə və alimlərinə Qərbin nüfuzlu alimləri ilə səmərəli, işgüzar əlaqələrin yaradılmasına, gələcəkdə bu sahədə birgə layihə və proqramların həyata keçirilməsinə imkanlar açacaq.
Tədbirdə YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın, YUNESKO katibliyinin 20-dək əməkdaşının, qeyd olunan region ölkələrinin savadlılıq problemi sahəsində ixtisaslaşmış 160- dək nüfuzlu ekspertinin iştirakı təmin olunacaq. Konfransda həmçinin bir neçə ölkənin təhsil nazirinin, birinci xanımının və YUNESKO-nun bir neçə xoşməramlı səfirinin iştirakı gözlənilir.
Konfrans plenar iclaslar və işçi qruplarda müzakirələr formasında keçiriləcək.
Plenar iclaslarda “Savadlılıq konsepsiyası, onun təkamülü və müasir dünyada yaşlıların təhsili”, “Qiymətləndirmə: savadlılıq göstəricilərinin və əsas bacarıqlarının qiymətləndirilməsi”, “Pedaqoji yanaşmalar: keyfiyyətli əsas təhsilin təmin olunması”, “Yeni tələblərə cavab və təhsil almaq imkanlarının genişləndirilməsi: tələb və təklifin təhlili” mövzuları müzakirə olunacaq.
Konfransın ikinci və üçüncü günlərində işçi qrupların iclaslarının keçirilməsi nəzərdə tutulur.


8 il əvvəl