• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xaricdə oxuyan tələbə: "Əmək bazarında üstünlük qazanacağıq"- "Uğur formulu"

Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə işi olan “Gəncliyin uğur formulu” layihəsi davam edir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin budəfəki qonağı Böyük Britaniyanın Varvik Universitetinin tələbəsi Səmra Talışinskayadır.

Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü S.Talışinskaya Böyük Britaniyanın Varvik Universitetində iqtisadiyyat ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.Lent.az həmin tələbə ilə müsahibəni təqdim edir:

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Magistratura səviyyəsi üzrə təhsilimi xaricdə davam etdirmək istəyi ixtisasımla bağlı bakalavr səviyyəsində qazandığım bilikləri həm nəzəri, həm də praktiki baxımdan genişləndirmək və təkmilləşdirmək istəyimdən irəli gəlir. Eyni zamanda, xaricdə təhsil almaqla əldə etdiyim bilik və təcrübənin əmək bazarında mənə üstünlük qazandıracağını düşünürəm. İxtisaslı kadrların isə həmişə ölkənin inkişafında əvəzedilməz rol oynadığı aşkar həqiqətdir. Bununla yanaşı, xaricdə təhsilin akademik baxımdan da daha keyfiyyətli mütəxəssis kimi yetişməyimə imkan yaradacağına əminəm. Hazırda təhsil aldığım universitet ixtisasım üzrə Birləşmiş Krallıqda beş ən yaxşı universitetdən biri olduğu üçün təhsilimin sonunda ümidlərimin doğrulacağını düşünürəm.

- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?

- İlkin mərhələ üçün ixtisasıma uyğun olaraq, maliyyə və investisiya mövzularından bəhs edən kitabları seçmişəm.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- Təhsil mühiti və tələbə-müəllim münasibəti baxımından bakalavriat təhsili aldığım Qafqaz Universitetində dəyişilməsini istədiyim hər hansı bir məqam yoxdur. Lakin müəyyən sistem və prosedurların avtomatlaşdırılmasını və infrastruktur baxımından daha da təkmilləşdirilməsini istərdim. Bunların da zamanla həyata keçiriləcəyinə inanıram.

-Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

- Ölkəmizlə bağlı milli ornamentlərin təsvir olunduğu müxtəlif suvenirlər gətirmişəm.

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Həmyaşıdlarıma demək istədiyim odur ki, fərdi həyatınızda təhsilin və eləcə də ölkəmiz üçün ixtisaslı kadrların əhəmiyyətini nəzərə alaraq, xaricdə təhsili mütləq şəkildə təhsil planlarının ayrılmaz hissəsi kimi qəbul etsinlər.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Varvik Universitetində tələbə-müəllim münasibəti bakalavriat təhsilimdə gördüyüm münasibətdən, açığını desəm, fərqlənmir. Tələbənin müvəffəqiyyətli olması üçün çalışan və eyni zamanda tələbə ilə lazımi səviyyədə münasibət saxlamağı unutmayan peşəkar müəllim heyətinin əhatəsində olmaq çox xoşdur.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Universitetimizdə əcnəbi tələbələrə qarşı münasibətdən heç bir narazılığım yoxdur. Hər şey dostluq və bərabərlik prinsiplərinə əsaslanır.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Burda gördüyüm təhsil mühiti və keyfiyyət baxımından yanaşdıqda, Azərbaycanda da eyni səviyyənin təmin edilməsi üçün sistemli yanaşma əsasında davamlı tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Atılan addımlar bu istiqamətdə uğur qazanacağımızı deməyə əsas verir.

- Çətinlikləriniz varmı?

- İlk vaxtlarda çətinliyim yeni ölkəyə və yeni mühitə alışmaqla bağlı idi. Sonra hiss etdim ki, bunlar zamanla aradan qalxan çətinliklərdir.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtlarım çox məhdud olur. Odur ki, asudə vaxtımı əsasən, ailəm və yaxın dostlarımla əlaqə saxlamağa sərf edirəm.

Lent.az


8 il əvvəl