• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində seminar keçirilib

Təhsil Nazirliyinin təşəbbüsü ilə “Thomson Reuters” şirkəti  nazirlik əməkdaşları üçün seminar keçirib.

Seminarın əsas məqsədi nazirlik əməkdaşlarını “Web of Science” bazasından istifadə qaydaları ilə tanış etmək və bazanın imkanları barədə məlumat verməkdən ibarət olub.

Seminarda “Thomson Reuters” şirkətinin Rusiya ofisinin Elmi tədqiqatlar şöbəsinin təhsil proqramları üzrə rəhbəri Valentin Boqorov “Web of Science” platformasından səmərəli istifadə barədə məlumat verib.

Bildirilib ki, “Web of Science” platforması əsasən, biblioqrafik məlumatın axtarışı üçün nəzərdə tutulan kompüterləşdirilmiş proqram vasitəsi olmaqla yanaşı, platforma üzərindən elmi məhsul vahidləri sayılan məqalə, beynəlxalq konfrans materialları, nüfuzlu nəşriyyatlarda nəşr edilən kitablar haqqında biblioqrafik məlumatları da tapmaq mümkündür.

 “Thomson Reuters” şirkətinin Moskva filialının təhsil üzrə mütəxəssisi Marqarita Sidorova bildirib ki, bu topluda müxtəlif sahələr üzrə – təbiət elmləri, humanitar, sosial elmlər və incəsənət sahələrini əhatə edən məlumatları tapmaq olar.

Qeyd olunub ki, həmin bazaya çıxış müxtəlif ölkələrin tədqiqatçıları ilə əlaqələri inkişaf etdirmək, istənilən elm sahəsi üzrə inkişaf tendensiyalarını müəyyənləşdirmək, seçilmiş sahənin daha çox inkişaf etdiyi ölkə, bölgə və universitetləri təyin etmək, daha məhsuldar çalışan alimlər haqqında məlumat toplamaq, beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək.

Qeyd edək ki, 2015-ci ilin dekabrın 22-də Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq haqqında müqaviləyə əsasən, ölkənin 40 ali təhsil müəssisəsinə abunə imkanı yaratmaqla, onlara korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradılıb. Həmçinin, nazirlik əməkdaşlarına da “Web of Science”platformasının bazasına çıxış imkanı verilib.


8 il əvvəl