• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı şagird beynəlxalq mükafata layiq görülüb

Fevralın 29-da Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalının təltifetmə mərasimi keçirilib.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, yaradıcılıq sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2015-ci ildə ilk dəfə olaraq məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə ÜƏMT mükafatlarının verilməsinə başlanılıb.

Ötən il Müəllif Hüquqları Agentliyi (MHA) və Təhsil Nazirliyi tərəfindən namizədin müəyyənləşdirilməsi üçün seçim turu keçirilib və nəticələrə əsasən, Bakı Avropa Liseyinin VII sinif şagirdi Hüseyn Hacıyev qalib hesab edilib.

Hüseyn Hacıyev “Microsoft Azərbaycan” şirkəti və İnformatika üzrə olimpiada mərkəzinin köməkliyi ilə bir sıra yaradıcılıq uğurları əldə edib.

Təhsil Nazirliyinin seçim turunun nəticələri barədə tərtib etdiyi sənədlər müvafiq qaydada baxılması və qərar qəbul edilməsi üçün Müəllif Hüquqları Agentliyi tərəfindən ÜƏMT-yə təqdim olunub. Mükafatlar Proqramının Qaydalarına uyğun olaraq, təqdim edilmiş namizəd, onun yaradıcılıq nailiyyətləri və uğurları haqqında məlumatlara ÜƏMT-nin ekspertləri tərəfindən baxılıb, Azərbaycan məktəblisinə Məktəb şagirdləri kateqoriyası üzrə ÜƏMT mükafatının verilməsi haqqında qərar qəbul edilib.

Təltifetmə mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Hüseyn Hacıyev bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə liseyin müəllimləri üçün tətbiqi proqram yaradıb. Proqram lisey müəllimlərinə şagirdlərin təlim  nəticələrini asanlıqla və vaxt sərf etmədən hesablamağa imkan verir. Hüseyn Hacıyev eləcə də bir neçə dəfə beynəlxaq mükafatlara layiq görülüb.

Digər çıxış edənlər azərbaycanlı məktəblinin qazandığı bu nailiyyətin ölkəmizdə təhsilin və gənclərin inkişafı sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu bildirib və Bakı Avropa Liseyinin şagirdini təbrik ediblər.

Hüseyn Hacıyev qazandığı uğurlara görə müəllimlərinə təşəkkürünü bildirib.

Sonda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının medalı, xatirə hədiyyəsi və həmin təşkilatın baş direktoru Frensis Qarri tərəfindən imzalanmış sertifikat Hüseyn Hacıyev təqdim olunub.

 


8 il əvvəl