• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil müəssisələrində anım mərasimləri

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrində sil­silə tədbirlər keçirilib.

Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Təhsilalan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkil etdiyi anım mərasimlərində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə “Xocalı-əbədi qan yaddaşımız” mövzusunda müzakirələr aparılıb, “Xocalı harayı”  adlı təqdimatlar nümayiş  etdirilib.

Tədbirlərdə Xocalı soyqırımını, eləcə də ermənilərin Qarabağda törətdikləri vəhşilikləri əks etdirən “Rənglərdə yaşayan Xocalım”, "Xocalı uşaqların gözü ilə" adlı sərgilərdə rəngkarlıq, qrafika, kompüter qrafikası ilə təqdim olunan əsərlər nümayiş olunub.  Uşaqların ifasında faciəyə həsr olunmuş şeirlər və  kompozisiyalar səsləndirilib.

Tədbirlərdən sonra iştirakçılar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.


8 il əvvəl