Təhsil işçiləri Xocalı faciəsinin qurbanlarını anıblar
Azərbaycan Dillər Universitetində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Bakı şəhərindəki ümumi təhsil, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, mərasim 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əlaqələndirilməsi üçün yaradılmış “Xocalıya Ədalət Beynəlxalq Kampaniyası” Beynəlxalq İctimai Birliyinin müraciətinə əsasən, Xocalı soyqrımı ilə bağlı təbliğat-maarifləndirmə məqsədilə təşkil olunub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlıların qətlə yetirildiyini bildirib. C.Valehov bir gecədə yüzlərlə insanın vəhşicəsinə məhv edildiyini və Xocalı qətliamının bütün dünyada insanlığın faciəsi kimi qəbul olunduğunu vurğulayıb.
Sonra çıxış edənlər Xocalıda azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin, bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıblar. Onlar bu istiqamətdə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında danışıblar.
Daha sonra anım mərasimi müzakirələrlə davam etdirilib, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının Baş koordinatoru Fərid Cəfərov təhsil işçilərinin çoxsaylı suallarını cavablandırıb.
8 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16.04.2024 - 11:00 -
Tələbələr arasında stolüstü tennis üzrə çempionat keçirilib
15.04.2024 - 17:07