İnternat məktəbdə birgə tədbir
Təhsil Nazirliyinin 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Sağlam gənclik, sağlam gələcək” adlı tədbir keçirilib.
Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi ilə birlikdə təşkil olunmuş tədbir narkomaniyaya, erkən nigaha və pis vərdişlərə qarşı mübarizə məsələlərinə həsr edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Sabunçu rayon Polis İdarəsinin, Bilgəh qəsəbə nümayəndəliyinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
11 nömrəli İnteqrasiya təlimli internat məktəbin direktoru Gülnarə Abdullayeva tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığını vurğulayıb.
Məktəbin müəllimləri Azər Abdurahmanzadə, Aygün Məmmədova yuxarı sinif şagirdləri arasında tez-tez müvafiq mövzu ətrafında söhbət və müzakirələrin aparıldığını qeyd ediblər.
Tədbirdə iştirak edən polis əməkdaşları dövlətimizin bu istiqamətdəki siyasətinin gənclərin formalaşmasına müsbət təsir göstərdiyini bildiriblər.
Məktəbin XI sinif şagirdləri Mirzəbala Əliyev, Hüseynəli İmanzadə və Lalə Həbibova mövzu ətrafında çıxış edib, fikir və mülahizələrini söyləyiblər.
Tədbirin sonunda qərara alınıb ki, yuxarı sinif şagirdləri müzakirə olunan mövzu ilə bağlı inşa yazı işləsinlər.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30