• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlər təltif edilib

Bakı şəhəri 6 saylı tam orta məktəbdə “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində ümumi təhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təşkil edilmiş təlim kurslarını müvəffəqiyyətlə bitirmiş müəllimlərin təltif olunması mərasimi keçirilib.

Təhsil Nazirliyi, “British Council” və Bakcell şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini tədris etdikləri fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdən ibarətdir.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, QHT nümayəndələri və ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edib.  

TOPs proqramının əsas icraçı operatoru olan “İnkişaf naminə idman” İctimai Birliyinin layihə rəhbəri Vəli Musayev təqdimatla çıxış edərək, 2015-2016-cı tədris ilində həyata keçirilən layihələrdən danışıb.            

Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir və son illər bununla bağlı silsilə layihələr həyata keçirilir.

Çıxışlardan sonra 2014-2015-ci tədris ilində layihənin icrasında səmərəli fəaliyyətlərinə görə 220 saylı məktəbin direktoru Nərminə Ağayeva, 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərli və 269 saylı məktəbin direktoru Alla Vəzirovaya fəxri diplomlar təqdim edilib.

Bakı və Sumqayıt şəhərləri üzrə 33 məktəbdə çalışan 170 nəfər fiziki tərbiyə müəllimi TOPs proqramı əsasında təşkil edilmiş təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təltif olunub. Həmçinin, layihənin uğurlu icrası və təbliğində xüsusi əməyi olan “İnkişaf naminə idman” İctimai Birliyinin və “Təhsil” TV-nin əməkdaşlarına fəxri diplomlar verilib.

Xatırladaq ki, bu layihə 2015-2016-cı tədris ilindən Bakı və Sumqayıt şəhərindəki 33 məktəb, internat evi və liseyi əhatə edir. Layihə çərçivəsində təşkil olunan təlim  kurslarından 200 nəfərdən artıq fiziki tərbiyə və ibtidai sinif müəllimi fiziki tərbiyənin tədrisinə dair yeni bilik və bacarıqlar əldə edib. Fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyanın tətbiqi nəticəsində 35 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərslərindən, həmçinin dərsdən kənar fəaliyyətdən faydalanır.

 


8 il əvvəl