• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqəyə 86 iş təqdim olunub

"Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin I mərhələsi başa çatıb.

İlk dəfə keçirilən müsabiqənin əsas məqsədi təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqları və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdən ibarətdir.

Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi müsabiqənin birinci mərhələsinə 89 iş təqdim olunub. Onlardan 3-ü müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib. Yekun olaraq müsabiqəyə qəbul edilmiş işlərin 68-i "Ən yaxşı müəllim işi", 18-i isə "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə olub.

Layihələr ikinci mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları fevralın 16-sı elan ediləcək.

Müsabiqədə qalib olan namizədlərə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.


8 il əvvəl