• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanda dövlət siyasətinin təməlində əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlət qurumlarının rəhbərləri şəhər və rayonlarda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirirlər.

Fevralın 5-də təhsil naziri Mikayıl Cabbarov Beyləqanda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Mədəniyyət sarayında keçirilən görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev görüşdə çıxış edərək, son illərdə rayonda görülən işlərdən, müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda əldə olunan uğurlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Beyləqanda geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb. Qeyd edilib ki, Beyləqanda heyvandarlığın, taxılçılığın və pambıqçılığın inkişafı üçün geniş imkanlar var.

Görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Prezidentin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi sakinləri dinləmək, onların fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən danışan nazir diqqətə çatdırıb ki, müharibə şəraitində yaşamasına, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycanda bütün sahələrdə tərəqqiyə nail olunub. Paytaxtla yanaşı, bölgələr də inkişaf edib. Üç minə yaxın məktəb, yüzlərlə xəstəxana tikilib, minlərlə kilometr yol çəkilib, infrastruktur layihələri həyata keçirilib, geniş quruculuq işləri aparılıb. Bütün bunlar sübut edir ki, Azərbaycanda aparılan dövlət siyasətinin təməlində məhz əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır.

Qeyd olunub ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün torpaqlardan səmərəli istifadə xüsusi önəm daşıyır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi vacib şərtdir.

Təhsil naziri ictimaiyyət nümayəndələrini müzakirələrdə fəal olmağa, problemlərin həlli, rayonun potensialından dolğun istifadə edilməsi üçün təkliflər verməyə çağırıb.

İctimaiyyət nümayəndələri və sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, pambıqçılığın inkişafı, pambıq istehsalçılarına subsidiyaların verilməsi, qış otlaq torpaqlarından icarəyə götürülmüş sahələrin əkin dövriyyəsinin 30-40 faizə çatdırılması, uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən məktəblər üçün yeni binaların tikilməsi və əsaslı təmiri ilə bağlı təkliflər irəli sürüblər.

Nazir qaldırılan məsələlərin araşdırılacağını və lazımi tədbirlər görüləcəyini bildirib.

Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə və Şahin İsmayılov iştirak ediblər.

 

AZƏRTAC


8 il əvvəl