• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində təlim-məşqlər

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində badminton və atletika idman növləri üzrə təlim-məşqlər keçirilib.

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə başlayan “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində finala vəsiqə qazanmış komandalar üçün badminton və atletika idman növləri üzrə təlim-məşqlər keçirilib.

Kütləvi fiziki tədbirlərin keçirilməsində əsas məqsəd komandaların peşakar idmançı və məşqçilərin köməyilə Bakı şəhər birinciliyinin final mərhələsinə həzırlanmasıdır.

Tədbiri daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə tədbirə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də məşqlərə qatılıb. Proqram çərçivəsində baş tutan belə kütləvi təlim-məşqlərin keçirilməsində proqramın əsas tərəfdaşlarına Bakı Slavyan Universiteti,  Azərbaycan Badminton Federasiyası və  Azərbaycan Atletika Federasiyası köməklik edib.

Eyni zamanda, tədbirdə iştirak edən MOK, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Badminton Federasiyası və Azərbaycan Atletika Federasiyasının nümayəndələri, habelə finala vəsiqə qazanmış məktəblilər, məktəb direktorları iştirak ediblər.

Təhsil Respublika İdman Mərkəzinin direktoru Natiq Lahicov çıxış edərək bildirib ki, məktəblilərin “Olimpiya Hərəkatı” proqramına olan marağı gənclər arasında idman və sağlam həyat tərzinin təbliğinin nəticəsidir. Əminəm ki, 50 mindən çox məktəblinin iştirakı ilə reallaşdırılan bu proqram növbəti illərdə Azərbaycanın rayonlarını və daha çox məktəbləri əhatə edəcəkdir. Bu da öz növbəsində məktəblərdə fiziki tərbiyənin və idmanın inkişafına səbəb olacaqdır.

Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramı çərçivəsində paytaxtdakı 400-ə yaxın ümumi təhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, 3x3 basketbol və velosiped idmanı üzrə yarışlara cəlb olunub. Bu idman növləri üzrə məktəbdaxili və rayon yarışları başa çatıb. Yarışlara “Bakı 2015” Avropa Oyunlarının keçirildiyi idman arenalarının birində təşkil olunacaq final və idman festivalı ilə yekun vurulacaq.


8 il əvvəl