• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər üçün qış məktəbi

Təhsil Nazirliyinin nəzdində Respublika Ekoloji Tərbiyə və Təcrübə Mərkəzi, “Ekosfera” Sosial-Ekoloji Mərkəzin Gənc Ekoloqlar Yaşıl Məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və “Bakı Ağ Şəhər”in birgə təşkilatçılığı ilə məktəblilər üçün üçgünlük qış məktəbi təşkil edilib.

“Yaşil idarəçilik, yaşil memarlıq, şəhərsalma, informasiya əlaqələri və texnologiya” mövzusunda qış məktəbində 7-14 yaşlı şagirdlər iştirak ediblər.

Tədbir çərçivəsində məktəblilər “Şərq-Qərb” nəşriyyatında olub, kitabların nəşrə hazırlanması prosesini izləyiblər. Daha sonra qış məktəbinin iştirakçıları AMEA-nın elmi-tədqiqat institutlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Akademiyanın Mərkəzi Elmi Kitabxanasında gənc tədqiqatçılara kitabın qorunub saxlanılması və virtual kitabxananın yaradılmasının əhəmiyyəti barədə məlumat verilib, onları oxu zalları, elmi fondlarla tanış ediblər. Şagirdlər oxucuların qeydiyyatdan keçmə, kataloqlardan kitab seçərək sifarişvermə prosesi ilə maraqlanıblar. Sərgi zalı və elektron oxu zallarını ziyarət edən şagirdlər sorğuya görə informasiyanın axtarışı, elektron avadanlıqdan istifadə qaydaları və onların iş prinsipi ilə bağlı məlumatlandırılıblar.

Daha sonra məktəblilər və könüllü tələbələr “Bakı Ağ Şəhər” layihəsinin əsas binasının ekologiyası və innovativliyi, Qafqazda ilk və yeganə beynəlxalq yaşıl sertifikat işarəsi barədə informasiya əldə ediblər. İştirakçılara gələcək Ağ Şəhərin tikinti işlərinin layihəsi nümayiş etdirilib.

Qış məktəbi günlərində ekspertlərlə görüşlər, ekskursiyalar, müasir texnologiyalarla tanışlıq, işçi qruplarla iş və yaradıcılıq məşğələləri təşkil olunub.

Bu pilot layihə məktəbdənkənar təhsilin və uşaqların asudə vaxtının səmərəli təşkilinin texniki, elmi-intellektual və innovativ imkanlarını birləşdirmək məqsədilə xüsusi proqramların inkişafına xidmət edir.

Qış məktəbi fevralın 3-də başa çatacaq.


8 il əvvəl