• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Abşeronda “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar

Yanvarın 28-də Abşeron rayonundakı  Heydər  Əliyev  Mərkəzində  Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar keçirilib.    

Seminarda Təhsil Nazirliyinin əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, təhsil ekspertləri,  rayonun ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər və KİV təmsilçiləri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək və təhsilin keyfiyyətinin yüksəldilməsində sağlam münasibətlərin rolunu vurğulamaqdır.

Seminarda Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə müsbət davranış vərdişlərinin formalaşdırılması, ümumi təhsil müəssisələrində sağlam mühitin yaradılması, müəllimlərin peşə standartları və etik davranış qaydaları haqqında təqdimatla çıxış edib.

 Tədbirdə müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunub, mövcud problemlərin konstruktiv həlli yolları müzakirə edilib.

         Çıxış edənlər müəllim-şagird münasibətlərinin tənzimlənməsində valideyn faktorunun  böyük rol oynadığını, müəllimin nüfuzunun qorunması üçün valideyn-müəllim-şagird ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının önəmini vurğulayıb, məktəblərdə Pedaqoji şuraların işinin daha da yaxşılaşdırılması məsələsinə toxunublar.

Qeyd edək ki, seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub.

 


8 il əvvəl