• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ən yaxşı müəllimin dərs nümunəsi

RİYAZİYYAT FƏNNİ

VIII SİNİF

 

Mövzu:

Məxrəcin irrasionallıqdan azad edilməsi.

Standart:

1.2.1. Mənfi olmayan hesabı kvadrat kökün xassələrini tətbiq edərək ifadələrin qiymətini tapır.

1.2.4. Müxtəsər vurma düsturlarının köməyi ilə kvadrat kök daxil olan ifadələrin qiymətini tapır.

Məqsəd:

1. Məxrəci irrasionallıqdan azad edir.

2. Məxrəcin irrasonallıqdan azad edilməsi üçün müxtəlif üsullar tətbiq edir.

İş forması:  fərdi iş, qruplarla iş.

İş üsulu:    müzakirə, beyin həmləsi

İnteqrasiya: həndəsə, həyat bilgisi

Resurslar:  kompüter,  proyektor, promethean interaktiv löhvəsi, dərslik, metodik vəsait.

Dərsin gedişi:

Öncə onu qeyd edim ki, bu elektron-resurs Activinspire proqramında hazırlanıb və elektron lövhə üçün nəzərdə tutulub.

Salamlaşma və sinfin təşkilindən sonra mövzu ilə bağlı orijinal  forma olaraq şagirdlərə üzərində  rasional və irrasional ədədlər olan hissələrə bölünmüş rəngli kağızlar təqdim edilir. Tapşırılır ki, şagirdlər o kağızı birləşdirib hansı ədədi tapırsa, onu lövhədə lazımi səbətə yerləşdirsin. Bu tapşırığın hazırlanmasında Activinspire proqramının funksiyalarından biri olan konteynerdən istifadə edilib.

Belə ki, şagird səhv cavab verdiyi halda çərçivə cavabı qəbul etmir. Bununla da şagird tapşırığı düz və ya səhv yerinə yetirdiyini özü təyin edir (3 dəq).

Sonra  motivasiya  mərhələsinə keçid alınır.

Motivasiya: Tərəfi kök altında 2 m olan kvadratın sahəsinin onun perimetrinə olan nisbətini tapmaq tələb olunur.

Bunun üçün əvvəlcə şagirdlər perimetr və sahə haqqında məlumat verirlər. Sonra bir şagird kvadratın tərəfinə görə sahəsini, digəri perimetrini tapır. Sonra nisbəti qururlar və burda alınan kəsrin məxrəcinin irrasional ədəd olduğu bildirilir. Kvadrat kökün xassəsindən və kəsrin əsas xassəsindən istifadə edərək kəsrin məxrəci tam ədədə çevrilir. 

Tədqiqat sualı: Kəsrlərin məxrəcini irrasionallıqdan azad etmək üçün nə etmək lazımdır?

Tədqiqatın aparılması: Sinif “kəsr”, “məxrəc”, “surət”, “kvadrat kök” və “ifadələr” adlandırılan 5 qrupa ayrılır. Qruplara   sual ətrafında iş vərəqləri paylanır.

Sonra qruplara verilən vaxt müddətində tapşırıqları yerinə yetirir və cavablarını təqdim edirlər.

Məlumat mübadiləsi və müzakirə: Qrupların fikirləri dinlənilir. Müzakirəni davam etdirmək məqsədi ilə lövhəyə 2 şagird çıxarılır. Verilən zaman ərzində şagirdlərdən biri soldakı, digəri sağdakı tapşırığı yerinə yetirir.

Lövhəyə çıxarılan digər şagirdlərə verilən misalları həll etdikdən sonra  alınan cavabı lupa vasitəsi ilə axtarıb düzgün cavabı tapmaq tapşırılır.

Nəticənin çıxarılması və ümumiləşdirmə: Şagirdlər özləri o nəticəyə gəlirlər ki, məxrəci irrasionallıqdan azad etmək üçün kəsrin surət və məxrəcini məxrəcdəki kök ifadəsinə vurmaq lazımdır.

Yaradıcı tətbiqetmə:

Yaradıcı tətbiqetmə üçün şagirdlərə aşağıdakı şəkil təqdim olunur.

Mövzu ilə bağlı şagirdlərdə  həyati bacarıqları aşılamaq məqsədi ilə belə bir məsələnin izahını verdim:

Şagirdlərə bu nərdivanın uzunluğunun hər hansı irrasional ədəddə  olduğunu vurğuladım. Qeyd etdim ki, hər birimizə irrasional ədədləri, onlardan təqribi kök almaq,  həmçinin də irrasionallıqdan azad etməyin yollarını bilmək vacibdir.

Qiymətləndirmə:

Şagirdlər təqdimata, standarta əsasən çıxarılmış qiymətləndirmə meyarlarına, qruplarla işlərində göstərdiyi fəallığa uyğun olaraq qiymətləndirilir. Həmçinin fərdi şəkildə də qiymətləndirmə aparılır.

 

 

“Azərbaycan  müəllimi” qəzeti


8 il əvvəl