• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri rusiyalı qonaqlarla görüşüb

Yanvarın 7-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Təhsil və Elm Sahəsində Nəzarət üzrə Federal Xidmətinin sədri Sergey Kravtsovu və Dağıstan Respublikasının təhsil və elm naziri Şaxabas Şaxovu qəbul edib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirərək Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovun 19-21 noyabr 2015-ci il tarixlərində ölkəmizə rəsmi səfərinin hər iki tərəf üçün məhsuldar və faydalı keçdiyini nəzərə çatdırıb.

    Görüş zamanı Azərbaycanda və Rusiyada təhsil sahəsində aparılan islahatlar, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliyinin qiymətləndirilməsi istiqamətində qarşılıqlı təcrübə mübadiləsi və digər maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.


8 il əvvəl