• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil işçiləri təltif edildi

Dekabrın 28-də Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə bir qrup təhsil işçisinin təltif olunması mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin məsul əməkdaşları, təhsil işçiləri iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov təltif olunanları təbrik edərək bildirib ki, başa çatmaqda olan təqvim ili təhsil sahəsində də uğurlu hadisələrlə yadda qalıb.

Tədbirdə nazir ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının musiqi təhsili sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilən  Elmira Paşayevaya orden təqdim edib.

Sonra  2015-ci ildə təhsilin inkişafı sahəsində xidmətlərinə, səmərəli fəaliyyət göstərərək yüksək nailiyyətlər əldə etdiklərinə, vəzifə funksiyalarının və verilən tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirdiklərinə, təşəbbüskarlıqları ilə fərqləndiklərinə, beynəlxalq fənn olimpiadalarındakı uğurlarına görə Təhsil Nazirliyinin bir qrup əməkdaşı, təhsil işçiləri  təhsil naziri tərəfindən Fəxri Fərman və təşəkkürnamələrlə təltif olunub.

Təltif olunan təhsil işçilərini təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

 


8 il əvvəl