• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində kollegiya iclası

Dekabrın 26-da Təhsil Nazirliyində “2015-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Kollegiya iclasında Təhsil Nazirliyi tərəfindən 2015-ci ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar, tədbirlər və növbəti təqvim ilində qarşıda duran məsələlər müzakirə olunub.

İclas iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində təhsil sahəsində müsbət göstəricilərin əldə olunmasına baxmayaraq, bəlli hədəflərə çatmaq üçün görüləsi işlər də kifayət qədərdir. Nazir qazanılan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların aradan qaldırılması yolları, müvafiq istiqamətlər üzrə həyata keçiriləcək işlərin səmərəliliyinin artırılmasına xidmət edən tədbirlər haqqında fikirlərini bildirib.

Sonra Təhsil Nazirliyi aparatının rəhbəri Mətin Eynullayev hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra hesabat məruzəsində qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

 


8 il əvvəl