• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Zaqatala və Astarada yeni məktəblər

Dekabrın 24-də Zaqatala rayonu Yengiyan kənd və Astara rayonu Artupa kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib.

Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbinin açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Astara rayonu Artupa kənd tam orta məktəbinin açılışında isə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Hər iki tədbirə yerli icra hakimiyyətlərinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri qatılıb.

Açılış mərasimlərində çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın bütün bölgələrində yeni məktəblər inşa olunur və köhnə məktəb binaları əsaslı təmir edilir. Yeni tədris ocaqları vahid standart əsasında müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur. Bilidirilib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan xüsusi qayğısını əks etdirir.

Qeyd edək ki, Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbi 264, Astara rayonu Artupa kənd tam orta məktəbi isə 360 şagird yerlikdir.  Tədris ocaqları sinif otaqları, fənn laboratoriyaları, kompüter və müəllimlər otağı, akt və idman zalı, yeməkxana, hərbi hazırlıq, əmək təlimi, inzibati, texniki və tibb otaqları, kitabxana və yeməkxanadan ibarətdir. Hər iki məktəb müasir tələblərə cavab verən mebel və avadanlıqla təmin olunub.

Məktəb binalarında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri mövcuddur, həmçinin təhsil ocaqlarına internet və telefon xətləri çəkilib. Təhsil müəssisələrinin istiliklə təminatı üçün müasir tələblərə cavab verən qazanxana quraşdırılıb. Məktəblərin ərazisində inşa olunmuş futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edir.

Təhsil müəssisələri üçün ayrıca transformator yarımstansiyası quraşdırılıb və ehtiyat su anbarı tikilib. Tədris ocaqlarının ərazisi abadlaşdırılıb, ağaclar və gül kolları əkilib.

 


8 il əvvəl