• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 24-də “Kresent Biç” otelində “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda seminar öz işinə başlayıb.

İyunun 24-də “Kresent Biç” otelində “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda seminar öz işinə başlayıb. Təhsil Nazirliyi, YUNESKO və bu qurumun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminar üç gün davam edəcək.
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə tədbiri açdıqdan sonra sözü təhsil naziri Misir Mərdanova verib.
Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini deyən nazir son dövrlər bu sahədə keçirilən tədbirlərdən söz açıb. Misir Mərdanov şagirdbaşına maliyyələşmənin də təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən ən əsas amillərdən biri olduğunu vurğulayıb, bununla bağlı 3 pilot rayonunda aparılan işləri diqqətə çatdırıb. Nazir iştirakçılara mövzu ilə bağlı beynəlxalq təcrübəni dərindən öyrənməyi tövsiyə edib və əmin olduğunu bildirib ki, seminarın keçirilməsi ölkəmizdə müvafiq istiqamətdə işlək mexanizmin yaradılmasında böyük rol oynayacaq.
Sonra “Maliyyə formulası nədir?” mövzusunda mühazirələr dinlənilib və müzakirələr aparılıb.
Tədbirdə YUNESKO-nun təmsilçisi Muriel Puasso “Maliyyə formulasına dair ümumi təqdimat: beynəlxalq təcrübə”, Litva Təhsil və Elm Nazirliyi Ümumtəhsil departamentinin direktoru Arunas Plikşnys “Litvada təhsilin maliyyələşmə islahatları” və digər şəxslər çıxış ediblər.
Mərasimdə Maliyyə Nazirliyi, qeyri-hökumət təşkilatları, şagirdbaşına maliyyələşmə üzrə 3 pilot rayonun nümayəndələri, təhsil və maliyyə üzrə ekspertlər iştirak edib.
Seminar öz işini davam etdirir.


8 il əvvəl