• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Beynəlxalq Erasmus+ informasiya günü” keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beynəlxalq Erasmus+ informasiya günü” keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, ADNSU-nun Beynəlxalq məsələlər üzrə prorektoru Rafiq Camalov, Avropa İttifaqının nümayəndəsi Toras Plis, Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Karboliskayt, “Beynəlxalq Erasmus+”un Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov, Köln Tətbiqi Elmlər Universitetinin professoru Rza Tələbi Dəryani, Regional İnnovasiya Texnologiyaları Akademiyasının direktoru Tofiq Babayev, eləcə də ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib.

Tədbirdə ali təhsil müəssisələrində həyata keçirilən təcrübə proqramları haqqında məlumat verilib, müvafiq proqramlar çərçivəsində reallaşdırılan layihələr əsasında Azərbaycanın ali təhsil müəssisələrinin Avropa universitetləri ilə əlaqələrinin genişləndiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanın ali təhsil məkanının beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyasını irəliyə aparmaq istiqamətində Avropa layihələrinin böyük rolu var. Ali təhsil müəssisələrinin əldə etdikləri təcrübəyə əsaslanaraq Tempus proqramını əvəz edən yeni Erasmus+ proqramı çərçivəsində daha fəal iştirak imkanı əldə olunacaq. Proqram çərçivəsində artıq ilk müsabiqədə universitetlərin iştirakı ilə potensial olaraq üç layihənin maliyyələşdirilməsi həyata keçirilir.

Avropa İttifaqının nümayəndəsi Toras Plis, Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Karboliskayt Erasmus+ proqramının əhəmiyyəti və təcrübələri barədə öz fikirlərini bildiriblər.

 

 


8 il əvvəl