• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

XII Beynəlxalq Elm Olimpiadasında tarixi uğur qazanan medalçılarımız “Təməl” verilişində

Son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyətlər əldə ediblər.

Dekabrın 2-dən 10-dək Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıb. 43 ölkənin iştirak etdiyi bu olimpiadada Azərbaycan uğurlu nəticə əldə edənlər sırasında olub. Belə ki, məktəblilərimiz Avropada 3-cü, MDB ölkələri arasında isə 2-ci yeri qazanıb. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən bu olimpiadada şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.

"Təhsil" TV-nin “Təməl” verilişinin budəfəki buraxılışında XII Beynəlxalq Elm Olimpiadasında gümüş medal qazanan Cəfər İsbarov, Hüseyn Babayev və onların müəllimi Elxan Tahirov öz təəssüratlarını bölüşüblər.

Proqram "Qafqazinfo"nun "Təhsil" televiziyası ilə birgə layihəsi çərçivəsində hazırlanıb.

 


8 il əvvəl