AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər aparacaqlar
Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılığa əsasən, AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər tədris edəcəklər.
Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqram ilə bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil ediləcək.
AMEA alimlərinin elmi və elmi-populyar mövzular üzrə tədris edəcəkləri dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin əsas qayələrindəndir.
Qafqazinfo.az
8 il əvvəl
Digər xəbərlər
-
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23