• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Pakistan İslam Respublikasının federal təhsil və peşə təlimi, daxili və narkotiklərə nəzarət üzrə naziri ilə görüşüb

Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən Pakistan İslam Respublikasının federal təhsil və peşə təlimi, daxili və narkotiklərə nəzarət üzrə naziri Məhəmməd Balığ Ur Rəhman ilə görüşüb.

Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.


8 il əvvəl