• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdman növləri üzrə məktəblilərin Bakı şəhər birinciliyi keçirilir

 VII-XI sinif şagirdləri arasında atletika, velosiped, badminton və basketbol idman növləri üzrə məktəblilərin Bakı şəhər birinciliyi keçirilir.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktləbləri arasında əməkdaşlığı gücləndirmək, məktəblilərin idmanla məşğul olması üçün valideynləri həvəsləndirmək, “Bakı 2015” I Avropa Oyunlarının idman irsini təbliğ etmək, olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.

Bakı şəhər birinciliyinin proqramına uyğun olaraq, şagirdlər məktəbdaxili, rayon və final mərhələləri üzrə mübarizə aparırlar. Yarışlara altmış min nəfərə yaxın məktəbli qatılıb.

Yarışların ikinci mərhələsinin müxtəlif idman növləri üzrə qalibləri diplom və kubokla, finalda I, II, III yerləri tutan komandalar və onların məşqçiləri isə pul mükafatı ilə təltif olunacaqlar.


8 il əvvəl