• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rusiyanın təhsil və elm naziri Azərbaycanda səfərdədir

Noyabrın 20-də Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ruhuna hörmət və ehtiramını bildirib. Sonra Rusiya nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda həlak olanların məzarlarını ziyarət edib.

Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun Azərbaycana səfərinin məqsədi iki ölkə arasında təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsindən ibarətdir.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Rusiyanın təhsil və elm naziri Dmitri Livanov Bakıdakı 23 nömrəli tam orta məktəbdə rus dilində tədris aparılan ümumtəhsil məktəblərinin direktorları ilə görüşüblər. Görüşdə Azərbaycanda rus dilində tədris aparılan məktəblərin tədris prosesi ilə bağlı müzakirələr aparılıb və məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.

Rusiya nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimi keçirilib.

Mərasimdən öncə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla görüşüblər. Görüş zamanı hər iki ölkənin elm və təhsil sahəsində əməkdaşlığına dair məsələlər müzakirə olunub.

Mərasimdə çıxış edən Mikayıl Cabbarov ölkələrimiz arasında humanitar, o cümlədən də elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, müasir çağırışlara əsaslanan bu əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə və birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.

Ölkələrimizin ortaq tarixi əlaqələrinin mövcudluğunu xatırladan Dmitri Livanov çıxışında ali təhsil müəssisələri arasında əməkdaşlığın ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir etdiyini vurğulayıb. Nazir yeni yaradılan Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacağını deyib.

Çıxışlardan sonra hər iki ölkənin ali məktəb rektorları tərəfindən Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanıb.

 

 


8 il əvvəl