• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan-Rusiya Universitetlərarası Forumu

Noyabrın 19-da “ADA” Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu  işə başlayıb.

Forumu giriş sözü ilə açan “ADA” Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanla Rusiya arasında təhsil sahəsində tarixən geniş əlaqələrin olduğunu qeyd edib. Rektor forumda Rusiyanın müxtəlif şəhərlərində yerləşən universitet rəhbərlərinin iştirak etdiyini deyib.

Forum çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanacağını diqqətə çatdıran rektor bu qurumun hər iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyini deyib.

Forumda Sumqayıt  Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Rusiya Dövlət Humanitar Universitetinin rektor əvəzi Yefim Pivovar, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Samara Dövlət Texniki Universitetinin rektoru Dmitri Bıkov və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov rəhbərlik etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri barədə çıxış ediblər. Çıxışlarda forumun təcrübə mübadiləsi baxımından mühüm ənəmiyyəti qeyd olunub,  universitetlərarası əməkdaşlığın qurulmasına və elmi əlaqələrin inkişafına  töhfə verəcəyi bildirilib.

Forum öz işini növbəti gün davam etdirəcək. Forum çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun bu mühüm tədbirdə iştirak etmək üçün Bakıya səfər edəcək Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovla görüşü, eləcə də Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandumun imzalanması nəzərdə tutulur.

 


8 il əvvəl