• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dərsliklərlə bağlı təlim proqramı

Noyabrın 13-də Xəzər Universitetində “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu”na start verilib.

Təhsil Nazirliyinin sifarişi ilə keçirilən təlimin məqsədi ümumi təhsil məktəbləri üçün dərslik yazan müəlliflərin, dərslikləri qiymətləndirən ekspertlərin, potensial müəlliflərin yeni təhsil proqramının (kurikulumun) prinsiplərinə uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində biliklərini artırmaqdır. Ümumi həcmi 60 saat olan kurs 10 gün davam edəcək.

Təlimlər riyaziyyat-informatika, təbiət elmləri, tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, xarici dil fənlərini əhatə etməklə, beş qrupda təşkil olunub. Kursda Türkiyənin Uludağ və Qazi, İrlandiyanın Dublin, Niderlandın Amsterdam universitetlərindən dəvət olunmuş mütəxəssislər iştirakçıları dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində yeni tendensiyalarla tanış edəcəklər.


8 il əvvəl