“Elektron təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb
Müsabiqənin I mərhələsinə 941 layihə təqdim olunub. Onlardan 41-i müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib.
Yekun olaraq, musabiqəyə 900 layihə qəbul edilib. Onların 545-i müəllimlər, 355-i isə sagirdlər tərəfindən göndərilib. Layihələr II mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiyməndirlmək üçün Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları cari ilin noyabr ayının sonunda elan ediləcək.
Qeyd edək ki, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub.
Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər qatılıblar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.
Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Valideyn və şagirdlərin nəzərinə!
29.03.2024 - 11:50 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
29.03.2024 - 10:58 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
28.03.2024 - 12:08 -
Məktəblərdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək
27.03.2024 - 17:50 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
27.03.2024 - 10:16