“Təmiz Şəhər” Mərkəzi istifadəyə verilib
Noyabrın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təmiz Şəhər” Mərkəzinin açılış mərasimi keçirilib.
“Təmiz Şəhər” Mərkəzində Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə ətraf mühit, eləcə də tullantıların idarə olunması mövzusunda “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və digər mütəxəssislər tərəfindən təlimlər keçiriləcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova qonaqları salamalayaraq “Təmiz Şəhər” Mərkəzinin ətraf mühitin qorunması və tullantıların idarə olunması sahəsi üzrə mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacağını bildirib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, prioritet sahələr üzrə kadrların yetişdirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Təhsil ocaqlarının bu yöndəki fəaliyyətini nəzərə çatdıran C.Bayramov “Təmiz Şəhər” ASC-nin bu sahəyə göstərdiyi diqqətin təqdirəlayiq olduğunu vurğulayıb.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında tullantıların idarə edilməsinin yeni bir sahə olduğunu, bu istiqamətdə ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətini bildirib. ASC sədri qeyd edib ki, “Təmiz Şəhər” ASC-nin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin tələbələri “Təmiz Şəhər” ASC-də iş təcrübəsi keçib, yay məktəblərində və maarifləndirici turlarda iştirak ediblər.
Sonra tədris auditoriyalarina baxış keçirilib və qonaqları maraqlandıran suallar cavablandırılıb.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30