• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Orta məktəblərə növbəti mediatur təşkil olunub

Oktyabrın 28-də şagirdlərin elektron dərsliklərdən istifadə bacarıqları ilə tanış olmaq məqsədilə mediatur keçirilib.

Mediatur çərçivəsində Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə olan media təmsilçiləri III və VIII sinif şagirdlərinin elektron dərsliklərdən istifadəsi prosesini izləyiblər.

Mətbuat nümayəndələrinə məlumat verilib ki, Azərbaycan və rus bölmələri üzrə  www.e-derslik.edu.az portalında yerləşdirilən elektron kitabların sayı 66-dan 95-ə çatdırılıb.  Ən son olaraq IV, VI, VII və VIII sinif dərslikləri əlavə olunub. Yaxın aylarda VIII sinif üzrə bütün fənn dərsliklərinin hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub.

Hazırda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 95 ədəd dərslik tam olaraq elektron variantda portala yerləşdirilib. V və IX-XI sinif dərsliklərinin elektron versiyaları isə 2015-2016-cı tədris ilinin sonunadək hazırlanacaq.

Ötən bir ildə elektron dərsliklər portalından 400 minə yaxın istifadəçi yararlanıb. Portala gündəlik 1500-2000 nəfər istifadəçi daxil olur. Portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 33000 nəfərdən çoxdur. Bu göstəricilər hər gün artır.

www.e-derslik.edu.az portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır. Portala daxil olan istifadəçilərin onlayn və oflayn formada dərslikləri elektron versiyada oxumaq, dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq, axtarışlar etmək imkanı var.


8 il əvvəl