• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan-Fransız Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub

Oktyabrın 26-27-də Bakıda Azərbaycan-Fransız Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan tərəfindən Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondunun əməkdaşları və layihə üçün tərəfdaş universitet qismində seçilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti, Fransa tərəfindən isə Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Qonaqları salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə ötən ilin mayında Fransa Prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycanın Təhsil Nazirliyi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində niyyət protokolunun imzalandığını bildirib. Nazir qeyd edib ki, bu, iki ölkə arasında humanitar sahədəki əlaqələrin inkişafı baxımından yeni səhifələr açır.

Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strasburq Universitetinin təsisçiliyi əsasında Azərbaycan-Fransız Universitetinin yaradılması, hər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İşçi qrupu Azərbaycan-Fransız Universiteti layihəsinin reallaşdırılması istiqamətində növbəti mərhələdə atılacaq addımları da müzakirə edib.

 

AZƏRTAC


8 il əvvəl