• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər kağız tullantıları toplayıblar

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi məktəb “Ekoklub”larının üzvləri ilə birlikdə Beynəlxalq Kağızdan İmtina Gününə həsr olunmuş aksiyalar keçiriblər.

Bakı şəhərinin müxtəlif ümumi təhsil müəssisələrində təhsil alan gənc ekoloqlara təbii ehtiyatlara qənaətcil münasibət, kağız tullantılarının toplanması, kağızın effektiv və ya təkrar istifadəsi ilə əlaqədar mini-layihələrin hazırlanması və həyata keçirilməsi təklif olunub. Məktəblilər bu mövzuda plakatlar hazırlayıb və həmyaşıdları arasında məlumatlandırma apararaq kağız tullantıları toplayıblar. İlk təşəbbüsü Bakı Avropa Liseyinin 4p2 sinif şagirdləri Cəmilə Kərimzadə, Kövsər İbrahimova, Məryəm İmaməliyeva və Ayan Əliyeva göstəriblər. Onlar sinif yoldaşları ilə birlikdə 35 kq kağız tullantısı toplayaraq ASAN Xidmətin qəbul məntəqəsinə təhvil veriblər.

Xatırladaq ki, 22 oktyabr bütün dünyada Beynəlxalq Kağızdan İmtina Günü kimi qeyd olunur. Bu günün təşəbbüskarı informasiyaların idarə olunması sahəsində 150 ölkədən 70000-dən çox mütəxəssisi birləşdirən Beynəlxalq Azad Peşəkarlar Assosiasiyasıdır. Bu gündə bütün dünyada insanlar işdə, istehsalatda və işgüzar sahədə kağızdan istifadəni azaltmağa kömək edən texnologiyalar barədə öz təcrübələrini bölüşürlər. Kampaniyanın əsas məqsədi elektron sənəd dövriyyəsi vasitəsilə kağızın effektiv və ekoloji cəhətdən səmərəli istiadə imkanlarına diqqət cəlb etməkdən ibarətdir.


8 il əvvəl