• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Astanada MDB-yə üzv ölkələrin ziyalılarının və elm xadimlərinin X Forumu keçirilir

Qazaxıstanın Astana şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin “Birliyin humanitar məkanı: ümumi dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusunda X Forumu keçirilir.

MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təşkil edilən Forumda Birliyə üzv dövlətlərdən 200-ə yaxın nümayəndə heyəti dəvət olunub.

Forumda Azərbaycanı təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Forumun spikerləri - MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Fondun idarə heyətinin həmsədri Mixail Şvıdkoy, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhammediulı plenar iclasda iştirak ediblər.

MDB-yə üzv ölkələrin elm, təhsil üzrə nümayəndələrinin, mədəniyyət nazirlərinin, alimlərin iştirak etdikləri Forumun növbəti günü sessiyalar üzrə mədəniyyətlərarası dialoq, MDB-də 2016-cı ilin “Təhsil ili” elan edilməsi, mədəniyyətlərarası dialoqda muzeylərin rolu, ümumi tarixi yaddaşın və nəsil varisliyinin qorunub saxlanılması kimi mövzular müzakirə olunacaq.

Forumun sonunda elmi və yaradıcı ziyalıların birgə əməkdaşlıq işində ən mühüm məsələlərin yekun qətnaməsi qəbul ediləcək.

Tədbirdə “Debütlərin Birliyi 2015” beynəlxalq gənclər müsabiqəsinin laureatları mükafatlandırılıb. Bu il mükafatlar turizm sahəsinin mütəxəssislərinə verilib. Mükafata layiq görülənlər arasında Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Şəmsiyyə Tahirbəyova da olub.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana


8 il əvvəl