Oktyabrın 19-da Təhsil Nazirliyi tərəfindən növbəti mətbuat konfransı keçirilib.
Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin bu təhsil ocağında yeni yaradılmış studiyası media nümayəndələrinə tədqim olunub. Qeyd edilib ki, yeni fəaliyyətə başlayan onlayn “Təhsil” televiziyasının verilişləri bu studiyada hazırlanır.
Konfransda bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq yaradılmış “Təhsil” televiziyası uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsinə və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunmasına xidmət edir. Hazırda “Təhsil” televiziyasının verilişləri Təhsil Nazirliyinin saytında, rəsmi Facebook səhifəsində, nazirliyin Youtube kanalında yerləşdirilir.
Tədbirdə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirici intellektual oyunların hazırlanmasının mühüm istiqamətlərdən biri kimi göstərildiyi qeyd edilib. Bildirilib ki, məktəblilər üçün “Brainiest” intellektual oyunu çərçivəsində AzTV-də yayımlanacaq “Əlaçı” verilişi də məhz bu məqsədlərə xidmət edir. Verilişin əsas tərəfdaşı Təhsil Nazirliyidir. Verilişdə ölkəmizin müxtəlif bölgələrindən olan məktəblilər iştirak edəcək. Tədbirdə, həmçinin maarifləndirici intellektual oyunların təşkilinə dəstək vemək üçün bu ilin martından beynəlxalq “Jeopardy” intellektual oyun-viktorinanın lisenziyası əsasında “61” verilişinin də ölkəmizdə yayımlandığı diqqətə çatdırılıb.
Konfransın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
8 il əvvəl
Digər xəbərlər
-
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
28.03.2024 - 12:08 -
Məktəblərdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək
27.03.2024 - 17:50 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
27.03.2024 - 10:16 -
Vətəndaş müraciətlərinin statistikası
18.03.2024 - 15:16 -
Qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat başlayır
15.03.2024 - 17:32