• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

TOPs proqramı çərçivəsində yeni layihənin təqdimat mərasimi

Oktyabrın 15-də “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” layihəsinin təqdimatı keçirilib.

Təhsil Nazirliyi, “British Council” və Bakcell şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini müvafiq fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdən ibarətdir.

Təqdimat mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, YUNİSEF, “British Council”, Bakcell şirkəti, bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.   

Tədbirdə TOPs proqramının əsas icraçı operatoru olan “İnkişaf Naminə İdman” ictimai birliyinin layihə rəhbəri Vəli Musayev geniş təqdimatla çıxış edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən təbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir və son illər bu istiqamətdə orta məktəbləri əhatə edən silsilə işlər aparılır.

“British Council”un Azərbaycan üzrə rəhbəri Elizabet Vayt Britaniyalı mütəxəssislər tərəfindən hazırlanan TOPs proqramının inkluziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil məktəblərində fiziki tərbiyə dərslərində iştirakına əlavə imkanlar yaratdığını vurğulayıb.

Bakcell şirkətinin nümayəndəsi isə bu proqramın “hökumət - ictimai təşkilat - özəl şirkət” əməkdaşlığı çərçivəsində həyata keçirilməsinin əlamətdar olduğunu qeyd edib.  

Xatırladaq ki, TOPs layihəsinin ilkin pilot mərhələsinin əsas hədəfi Bakı şəhərindəki 138, 269 və 220 saylı məktəblərin fiziki tərbiyə və ibtidai sinif müəllimləri olub. Layihə çərçivəsində 30 nəfərə yaxın müəllimə fiziki tərbiyə fənninin tədrisi üzrə təlim kursları keçirilib. Bu tədris ilində isə layihə Bakı və Sumqayıt şəhərindəki 34 məktəb, internat evi və liseyi əhatə edəcək. Milli kurikulum və yerli şərait nəzərə alınmaqla uyğunlaşdırılmış TOPs proqramı tam sınaqdan keçirildikdən sonra bütün orta ümumi təhsil məktəblərində tətbiq olunacaq.


8 il əvvəl