• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi Yaradıcılıq Mərkəzinin əməkdaşlarını mükafatlandırıb

Təhsil Nazirliyində Nizami Rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Fəxri Fərman”la təltif olunmuş bir qrup əməkdaşına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.   

“Fəxri Fərman”lar Yaradıcılıq Mərkəzinin əməkdaşlarına Bakı şəhərində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin Gənc Tamaşaçılar Teatrında keçirilmiş baxış konsertinin təşkilindəki fəal iştirakına görə verilib. Konsert proqramı rəqs, mahnı və musiqi çalğı alətlərində ifa üzrə 30 ən yaxşı çıxışdan ibarət olub. 300-ə yaxın dərnək üzvünün iştirak etdiyi konsertin keçirilməsində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkilində, onların istedadlarının üzə çıxarılmasında xüsusi rolu olan uşaq yaradıcılıq mərkəzlərinin gördüyü işləri ictimaiyyətin diqqətinə çatdırmaq, istedadlı uşaqların həmin mərkəzlərə cəlb edilməsini genişləndirməkdən ibarət olub. Tədbirdə valideynlər, rəsmi qonaqlar, yaradıcılıq mərkəzlərinin rəhbərləri və pedaqoji işçilər iştirak ediblər.

Mükafatlandırma mərasimində Firudin Qurbanov təltif olunanlara təbriklərini çatdırıb və “Fəxri Fərman”ları onlara təqdim edib.


8 il əvvəl