• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 3-də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov iştirak edib. 

“İçərişəhər”in və Şahzadə Məktəbinin birgə layihəsi olan “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir.

Mərasim iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar. Sərgidə batika, keramika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələri nümayiş edilir. Hazır məhsullar və yaradıcılıq prosesini təsvir edən posterlərlə tanışlıqdan sonra qonaqlara Mərkəzin yaradılması və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tədbirin rəsmi açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, “İçərişəhər” İdarəsinin rəisi Samir Nuriyev, Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxış edərək Mərkəzin ötən müddət ərzində uğurlu fəaliyyətindən, milli tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına verdiyi töhfədən danışıblar. Natiqlər layihənin gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun və onun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, daimi olaraq göstərilən dəstəyə görə ona xüsusi minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Təhsil Nazirliyinin və Rəssamlıq Akademiyasının birgə layihəsi çərçivəsində Mərkəzdə bu təhsil müəssisəsinin tələbələri təcrübə keçəcəklər.

Daha sonra İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ilk məzunlarına diplomlar təqdim edilib. Sonda tədbir iştirakçıları Mərkəzin emalatxanası ilə tanış olmuşlar.

Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “CANLI TARİX” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi həm də Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin tələbələrinin hazırladıqları əl işləri ölkəmizdə və xaricdə keçirilən sərgilərdə xalqımızın zəngin incəsənət irsini uğurla təbliğ edir. Eyni zamanda, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində şagirdlər üçün Mərkəzin nəzdində Gənc Rəssamlar Klubu yaradılıb. Burada Mərkəzin tələbələri öz bilik və bacarıqlarını uşaqlarla bölüşürlər.


8 il əvvəl