• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 8-də 11 saylı Bakı Peşə Liseyində respublika peşə təhsili işçilərinin konfransı keçirilib.

Sentyabrın 8-də 11 saylı Bakı Peşə Liseyində respublika peşə təhsili işçilərinin konfransı keçirilib.
Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək peşə təhsili işçilərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Son zamanlar ölkədə aparılan sosial-iqtisadi islahatların peşə təhsilinin də müasirləşməsi, maddi-texniki bazasını güclənməsi və peşə təhsili sisteminin yeniləşməsi zərurəti yaratdığını deyən nazir ölkə Prezidenti cənab İlham Əliyevin məhz bunu nəzərə alaraq təsdiq etdiyi “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın həmin sahənin inkişafında əhəmiyyətli rol oynadığını bildirib. Nazir öz çıxışında bu Proqramın icrası istiqamətində görüləcək işlər, peşə təhsili sistemi qarşısında duran mühüm vəzifələr, peşə məktəbi və liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığının vəziyyəti, onun yaxşılaşdırılması ilə bağlı həyata keçiriləcək tədbirlərdən, respublikanın ayrı-ayrı bölgələrində yaradılacaq yeni peşə təhsili müəssisələrindən də söz açıb. Bütün bunlarla yanaşı, texniki peşə təhsili sahəsində bir sıra problemlərin də mövcud olduğunu qeyd edən Misir Mərdanov onların aradan qaldırılması, əsaslı islahatların həyata keçirilməsi məqsədi ilə hər kəsin məsuliyyətli olmasının vacibliyini vurğulayıb.
Konfransda  Texniki-peşə təhsili şöbəsinin müdiri N. Məmmədov çıxış edərək  qeyd olunan  sahə ilə bağlı məsələlərə toxunub.
Müzakirələr zamanı peşə təhsili müəssisələri rəhbərlərinin təklifləri səslənib və onları maraqlandıran suallara aydınlıq gətirilib.


8 il əvvəl