• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) təşəbbüsü ilə Quba rayonunda məktəblilərin ilk yay ekoloji məktəbi - təhsil düşərgəsi təşkil olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin təhsil-idman istirahət kompleksində ilk dəfə təşkil olunmuş yay ekoloji məktəbində təbiəti mühafizə təşkilatlarının və gənc təbiətçilər klublarının ən fəal üzvü olan 8-14 yaşlı 30 məktəbli iştirak edib.

Beynəlxalq Savadlılıq Gününə həsr edilmiş ekoloji məktəbinə dəvət olunmuş AMEA, BP və BDU-nin ekspertləri, RETTM-in əməkdaşları və ekoloq tələbələr uşaqlarla meşənin ekologiyasının əsasları, istiqamətin təyin olunması, yaşıl turizm, bitki və heyvan növlərinin təyini, bioindikasiya və bioakustika üzrə treninqlər keçiblər. Praktik məşğələlərlə birlikdə idman-sağlamlıq proqramlarının, futbol və üzgüçülük yarışlarının təşkili məktəblilərin istirahətinin mənalı keçməsinə şərait yaradıb. 5 gün ərzində uşaq və gənclər qrup halında ilk elmi tədqiqat layihələrini reallaşdırıblar.


8 il əvvəl