Sentyabrın 22-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, məktəblilər və media nümayəndələri iştirak ediblər.
Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyası 1983-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Əsaslı təmirdən sonra qalereya ən müasir təlim ava¬danlıqları ilə təchiz olunub və burada şagirdlərin təsviri sənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Yeni üslubda ümumi bir mərkəz funksiyasını yerinə yetirəcək qalereya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müasir rəssamlıq ənənələri əsasında inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Qalereyada həmçinin, şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur. Qalereyada “Qrafika və rəngkarlıq”, “Rəqəmsal təsvir” dərnəkləri fəaliyyət göstərəcək. Yeni yaradılan “Rəqəmsal təsvir” dərnəyinin məqsədi təsviri sənət ənənələrini qoruyub saxlamaqla kompüter vasitəsilə təsvirlərin yaradılmasını öyrətməkdir. Bu dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub. Eyni zamanda qalereyada respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq.
Mərasimdə qalereyanın açılışı münasibətilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi nümayiş olunub. Sərgidə 6-18 yaş arası uşaq və gənclər iştirak edib. Sərgi “Mənim şəhərim – Azərbaycan inciləri”, “Milli irsimiz – dekorativ tətbiqi sənət nümunələri”, “Azərbaycan nağılları uşaqların gözü ilə” mövzularını əhatə edib.
Mərasim iştirakçıları “Çiçəyim” uşaq teatrı üzvlərinin ifasında mahnı və şeirlər dinləyiblər.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30