Sentyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib.
Sentyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib.
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva “2007-2008-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. N.Rzaquliyeva ölkə Prezidentinin təhsilə göstərdiyi diqqət və qayğısından söz açıb, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqqının artırılmasının razılıq hissi ilə qarşılandığını bildirib.
Təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını qarşıdan gələn “Bilik günü” - yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Nazir ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, bu sahədə görülən məqsədyönlü işlərin göz qabağında olduğunu söyləyib. Bu gün təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm tədbirlərin həyata keçirildiyini deyən Misir Mərdanov hazırda təhsil müəssisələrində tərbiyə məsələsinə xüsusi diqqət artırılmasının zəruriliyini vurğulayıb. Misir Mərdanov məktəb-valideyn-şagird münasibətlərinin düzgün qurulmasında məktəb rəhbərlərinin daha fəal olmasını təhsil işçilərinin diqqətinə çatdırıb, hər bir valideynin öz övladının oxuduğu məktəbin həyatında baş verən bütün proseslərdə yaxından iştirak etməsini arzulayıb. Nazir digər həlli vacib məsələlərə də geniş toxunaraq təhsil işçilərinə bir sıra dəyərli tövsiyələr verib.
Misir Mərdanov “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri sırasında olan paytaxtın 14 ümumtəhsil məktəbinin direktoruna və 42 müəllimə müvafiq sertifikatlar təqdim edərək onlara fəaliyyətlərində uğurlar diləyib.
Konfransda çıxış edənlər görülmüş işlər, nailiyyətlər, qarşıda duran mühüm vəzifələrdən söz açıblar.
Sonda konfrans şagirdlərin ifasında konsert proqramı ilə başa çatıb.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30