Təhsil naziri diplomatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.