• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tədris ilinin başlanması ilə əlaqədar olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Bakı məktəblərində olublar.

Nazir müavini Ceyhun Bayramov Bakı şəhəri 220 nömrəli tam orta məktəbə gedərək “Bilik Günü” münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Eyni zamanda, bu gün bilik günü ilə yanaşı, Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin açılışı olub. Açılışda nazir müavini Ceyhun Bayramovla yanaşı, müdir müavini Hüseyn Əsgərov, “UNICEF Azerbaijan”ın nümayəndəsi xanım Nafisa Binte Shafique, Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədri Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanda təhsil siyasətinin məqsədi bütün vətəndaşlar üçün keyfiyyətli təhsilin təmin edilməsindən ibarətdir və təhsil sisteminin islahatı prosesində əsas diqqət milli azlıqları, qaçqınları və məcburi köçkünləri təmsil edən uşaqların, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılmasına yönəldilir.
Bununla əlaqədar, Azərbaycan Respublikası təhsil nazirinin 18 mart 2015-ci il tarixli, 311 nömrəli əmrinə əsasən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin Bakı şəhər 220 və 138 nömrəli tam orta məktəblərdə sınaqdan keçirilir.
“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində 220 nömrəli tam orta məktəbdə 2 inkluziv sinif açılıb. Nəzərinizə çatdıraq ki, 220 nömrəli tam orta məktəbdə hazırda 2-si inkluziv təhsil sinfi olmaqla 11 birinci sinif (265 uşaq), ümumilikdə isə 2200 şagird təhsil alır. 


8 il əvvəl